Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələri Gəncəyə səfər edib.
AzerTimes xəbər verir ki, diplomatlar şəhərin baş meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyublar.
Daha sonra erməni terroru nəticəsində dağılan ərazidə olub, Qələbə parkını ziyarət ediblər. Diplomatlar Ermənistan tərəfindən törədilən hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər, şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olublar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan 2 il keçir. Məhz bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.