Ağdam. Trend:
“Show Me Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanda olan xarici blogerlərin işğaldan azad olmuş Ağdam şəhər səfərinə start verilib.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.
Layihənin məqsədi blogerlər işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş cinayətləri öz gözləri ilə görəcək və bunları dünya ictimaiyyətinə çatdırmış olacaqlar.
Qeyd edək ki, “Facebook”, “Instagram” və “YouTube” sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.