Xarici azarkeşlər Tokio Olimpiadasına buraxılmayacaq

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq bu il xarici tamaşaçılarının Tokioda keçiriləcək Olimpiadasına gəlməsinə icazə verilməyəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsinin nümayəndələrinin onlayn görüşündən sonra verilən açıqlamada bildirilib.

Açıqlamada bildirilib: “Yaponiya tərəfi, (Olimpiya oyunlarına) xarici bilet alıcıları üçün vəziyyəti aydınlaşdırmaq və bu mərhələdəki səyahət planlarını aydınlaşdırmaq məqsədilə Olimpiya və Paralimpiya Oyunları zamanı onların Yaponiyaya gələ bilməyəcəkləri qənaətinə gəldi”.


Eyni zamanda bu açıqlamanın müəllifləri tezliklə xarici azarkeşlərə biletlərin geri qaytarılması mexanizmini izah edəcəklərinə söz veriblər.

“Kiodo” agentliyi qeyd edib ki, təşkilatçılar xarici könüllülər üçün girişi açmamağa da qərar veriblər.