Xaricdə yaşayan azərbaycanlı bloger və jurnalist barədə axtarış elan olundu

Xəbər - Samir Əli -Trend:

Avropada yaşayan azərbaycanlı mühacirlər – bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.
Bakı şəhər Baş Polis İdarəsindən AzerTimes-a verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.
Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.


Teqlər: