Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınması qaydası müəyyənləşib

Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınması üçün yeni prosedur müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.


Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən aparılacaq.

Teqlər: