Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə avqustun 5-də Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi (ASAP) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə 50-dən çox gəncin iştirakı ilə hibrid formatda xarici diplomların tanıdılması mövzusunda Diploma Confirmation Guide adlı tədbir keçirilib.
Fonddan AzerTimes-a bildirilib ki, tədbirin əsas məqsədi diplomların nostrifikasiyasında edilən yeni dəyişikliklər və elektronlaşma tendensiyasını nəzərə alaraq, gənclərə müraciətlərə baxılması qaydaları barədə dəqiq məlumat vermək, vaxt və resurs itkisi olmadan tanınma prosesini tamamlamalarına dair gənclərə düzgün istiqamət göstərməkdən ibarət olub.
Tədbiri Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin baş katibi Ülkər
Qurbanova videotanıtım vasitəsilə ASAP haqda qısa məlumat verərək açıq elan edib.
ASAP baş katibi dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan
addımlar, icra edilən dövlət proqramlarının təhsil sistemində keyfiyyətcə yeni inkişaf
meyllərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət etdiyinə diqqəti
çəkərək, atılan addımların ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət
baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verdiyini qeyd edib.
Azərbaycan Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri
Vüsalə Niftiyeva çıxışı zamanı gənclərin xaricdə təhsil almasına ölkə rəhbərliyinin
göstərdiyi dəstəkdən, yaradılan imkanlardan, eləcə də Azərbaycan Gənclər Fondunun
yaratdığı fürsətlərdən söz açıb. Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin Kvalivifkasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli xaricdə
universitet seçimi, ölkədə tanınan universitetlər, təhsil almağa getməzdən öncə diqqət
yetirilməli olan məqamlardan, diplomların təsdiqi prosesində dövlət qurumları tərəfindən
yaradılan imkanlardan, elektronlaşma tendensiyasından danışıb. İnformasiya şöbəsinin
əməkdaşı Könül Əhmədova tədbirin sual-cavab hissəsinə qoşularaq, tələbələri
maraqlandıran sualları cavablandırıb.