Xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb

Aprel ayı üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar
verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin
müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, tədris dili üzrə
bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü
mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər
olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal
müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması
səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi
qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə
Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69,
Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından
15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə
39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20,
menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb. Bildirilib ki,
sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.

Teqlər: