Xaricdə Qarabağa investisiya yatırmaq istəyən çoxlu sayda iş adamı var – MÜSİAD rəhbəri

Xəbər - Elçin Mehdiyev – Trend:

Xaricdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq istəyən çoxlu sayda iş adamı var.

AzerTimes-ın məlumatına görə, bunu “MÜSİAD Azərbaycan”ın (Müstəqil sənayeçi və iş adamları dərnəyi) rəhbəri Abdurrahman Uzun deyib.

A.Uzun bildirib ki, hazırda həmin ərazilərdə yol tikintisi və inşaat işləri həyata keçirilir:

“Həmin ərazilər minalardan təmizləndikdən, insanlar oraya köçdükdən sonra hansı sahələrə yatırımların mümkün olması məlum olacaq. Yəni insanlar oraya qayıtdıqdan və investisiya imkanları məlum olduqdan sonra biz bu məlumatları iş adamları ilə paylaşacağıq və həmin ərazilərə investisiya yatırımları olacaq. Ancaq onu deyə bilərəm ki, investisiya yatıranlar çox olacaq”.

Teqlər: