Xaricdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaq

Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin
bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan
keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə səhiyyə
naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası
barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və
suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə
komissiyaya təqdim ediləcək.

Teqlər: