Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”
çərcivəsində tələbələrin hansı xərclərinin ödəniləcəyi
açıqlanıb.
AzerTimes-ın məlumatına görə bunu Təhsil Nazirliyinin Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
O qeyd edib ki, proqram çərçivəsində beynəlxalq nəqliyyat,
sığorta xərci, təhsil haqqı, aylıq təqaüd və s. ödəniləcək.
“Bu xüsusi bir normativdir. Hər bir şəhər üzrə xüsusi normativ
formalaşır. Hər bir şəhər üzrə müvafiq təqaüd məbləği müəyyən
ediləcək və ictimaiyyətə açıqlanacaq”,- deyə o bildirib.