“Xarıbülbül” festivalını yenidəm izləmək böyük xoşbəxtlikdir – 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov

Xəbər - Vüqar İmanov – Trend:

Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Xarıbülbül” festivalını Moskvadan izləmək böyük xoşbəxtlikdir, çox gözəl əhval-ruhiyyə yaradır.

Bunu AzerTimes-a Moskvadan telefonla azərbaycanlı teatr rejissoru, Əməkdar incəsənət xadimi, professor Əli Usubov deyib.

1990-cı Ə.Usubov “Xarıbülbül” festivalının bədii rəhbəri olub. Hazırda o, Moskva klinikalarının birində müalicə olunur.


Ə.Usubov deyib ki, “Xarıbülbül” festivalının keçirilməsi böyük hadisədir: “Artıq 30 il keçib və mən o günləri yenidən xatırlayıram. İnternetdə artistlərin, folklor kollektvlərinin, Azərbycanın Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlunun çıxışlarına baxdım. O zaman festival onun təşəbbüsü ilə təşkil olunmuşdu. O, həmin dövrdə Azərbaycanın mədəniyyət naziri idi. Birinci festival 1989-cu ildə keçirilmişdi və muğam ifaçısı Seyid Şuşinskinin 100 illiyinə həsr olunmuşdu. Qonaqlar arasında SSRİ respublikalarından qonaqlar da var idi. 1990-cı ildə ikinci festivalda isə mən bədii rəhbər idim, proqramı tərtib edirdim və qonaqları dəvət edirdim. O zaman mən Bakıda Dövlət Opera və Balet Teatrının baş rejissoru idim. 1990-cı ildə festival beynəlxalq status aldı və burada Avropa və Asiyadan ifaçılar və folklor kollektivləri iştirak etdi. Bu, öz növbəsində böyük marağa səbəb oldu. Amma Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada mürəkkəb vəziyyət yaranmışdı.Əsas konsert Ağdamda, “İmarət” stadionunda keçirildi. “Sona bülbüllər” kompozisiyanı ifa etmiş Qədir Rüstəmovun çıxışı xüsusilə əks-səda doğurdu. Konsertlər respublikanın digər şəhərlərində keçirildi, yekun çıxış isə Bakıda baş tutdu”.

Teqlər: