Xəbər - Elçin Mehdiyev – Trend:
“Xarıbülbül” festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajlar isə milli yaddaşımıza əbədi həkk olundu! “Xarıbülbül” festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün düyaya nümayiş etdirmiş oldu.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməyimiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə, həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi:
“Bu, eyni zamanda həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağımızın nümayişi oldu. “Xarıbülbül” festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikultiralizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir”.
H.Babaoğlu vurğulayıb ki, bu zənginliyi, multikultiralizmi, tolerantlığı və birgəyaşayı mənimsəyə bilməyənlər isə, sadəcə, ermənilərdir:
“Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni, etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolandşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi, əslində həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi məsajlar isə ayrıca bir tarixi hadisə idi. Bu tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajlar isə milli yaddaşımıza əbədi həkk olundu!”.