Xankəndinin poçtu 12 ildir bərpa olunub – Flora Qasımova

Xankəndinin poçtu 12 ildir bərpa olunub – Flora Qasımova

Bu yaxınlarda Xankəndidə poçtun fəaliyyət göstərilməsi ilə bağlı məlumata rast gəldim. Qeyd etməliyəm ki, Xankəndinin poçtu 2011-ci ildən bərpa olunub və Bakıda fəaliyyət göstərirdi.

Bu sözləri AzerTimes Xankəndinin sabiq millət vəkili Flora Qasımova deyib.

O bildirib ki, Xankəndinin icra strukturu olmadığı üçün poçt əvvəlcə Xocalı Rabitə Qovşağına tabe olub, 2011-ci ildən isə öz qaydası ilə fəaliiyət göstərib:

“Mən 2010-cu ildə deputat seçiləndə fikirləşdim ki, poçtun fəaliyyətini bərpa etməliyik. Poçtu açmaqda məqsədimiz o idi ki, Xankəndinin 2600 poçt indeksi ilə xaricə məktub gedirsə, pul köçürmələri olunursa, bu o deməkdir ki, həmin kod Azərbaycan indeksidir və Xankəndi də bizim ərazidir. Xankəndiyə verilən 2600 indeksini ermənilər işlətmirdi. Özləri yeni indeks vermişdi. O zaman Xankəndinin icra strukturu olmadığı üçün Xocalı Rabitə Qovşağına tabe elətdirdik. Bu poçt yəqin ki, fəaliyyətini Xankəndində davam etdirəcək”.

Teqlər: