Xankəndidən gələn erməni əsgərimizə nə gətirmişdi?

Xankəndidən gələn erməni əsgərimizə nə gətirmişdi?

Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və ehtiyaclarının ödənərək, yola salınması görüntüləri bir neçə kontekstdə əhəmiyyətli faktdır.

– Bu görüntüləri beynəlxalq müstəviyə çıxararaq, Laçın yolundakı aksiya haqda “humanitar fəlakət” iddialarına qarşı istifadə edə bilərik;

– Qarabağdakı erməni əhali ilə üçüncü tərəf, yaxud separatçı-terrorçu rejim olmadan da təmaslar qura bildiyimizin təsdiqidir;

– Bu, həm də Qarabağdakı erməni əhali üçün siqnaldır və istisna deyil ki, belə ermənilərin sayı arta bilər;

Həmin erməninin sonrakı taleyi ilə də maraqlanmaq lazımdır, çünki inteqrasiya prosesinin qarşısını almaq üçün separatçıların onu “xain” çıxaracağı, həbs edəcəyi istisna deyil. Beynəlxalq təşkilatlara həmin mülki erməninin qorunması üçün müraciət etmək olar.

Məcazi mənada desək, Xankəndindən gələn erməni Azərbaycan əsgərinə Qarabağdakı ermənilərin “bizi xilas edin” mesajını da gətirmişdi.

Teqlər: