Xankəndidəki rusun Bakıya qarşı çıxışı

Xankəndidəki rusun Bakıya qarşı çıxışı

Ötən gün Xankəndidəki Mədəniyyət Sarayında qondarma “artsaxın rus icmasının” nümayəndələrinin görüşü keçirilib.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, görüşdə “artsaxın rus icmasının” rəhbəri kimi özünü təqdim edən Aleksandr Bodrov vəziyyətin çox ağır olmasından, “blokadadan” danışıb:

“Təbii ki, babalarımıza, atalarımıza da asan başa gəlmədiyini xatırlayırıq, çünki bu, əcdadlarımızın müqəddəs Qarabağ torpağında yaşamaq hüququ uğrunda mübarizədir”.

O, Rusiyanın Qarabağda “tarixi mövcudluğu”ndan, əsrlər boyu “ermənilərlə ruslar arasında mənəvi bağlar” olmasından bəhs edib:

“Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir problemimiz yoxdur, lakin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı Azərbaycanın tərkibində olmağın, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.

Teqlər: