Təəssüratlarımız çox xoşdur. Oyunu səbirsizliklə gözləyirik. Təəssüratlarım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə Azərbaycan Kuboku çərçivəsində MOİK-lə keçirəcəkləri oyun barədə danışarkən deyib.
Qeyd edək ki, dekabrın 21-də ölkə kuboku çərçivəsində Xankəndidə “Qarabağ” MOİK-lə 1/8 final oyununu keçirəcək.