Xankəndidəki avtobusların sirri: bu yolla qaçacaqlar

Xankəndidəki avtobusların sirri: bu yolla qaçacaqlar

Ermənistan mediası Xankəndidə “mülki erməniləri” Laçın postuna gətirəcək avtobuslarla bağlı daha bir iddia irəli sürüb.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu avtobusların əslində erməniləri Qarabağdan çıxarmaq üçün hazırlandığı deyilir.

“Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq: “Təbii ki, bunu “hökumət” (separatçılar) edir, əks təqdirdə, mövcud vəziyyətdə 25 avtobus ayırmazdılar. Lakin məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, “biz dinc, silahsız” gedirik. Bu yürüşün məqsədi nədir?

Bu, ilk baxışdan macəra proqramı kimi görünsə də, elə deyil. İnsanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır. Və bəlkə də bu, yerdəyişmə, yaxud başqa bir proqramdır. “Artsax” rəhbərliyi öz yaxınlarını bu avtobuslara dolduracaq və Qarabağı tərk edəcəklər”.

Qeyd edək ki, separatçılar bir qrup ermənini Laçın postuna gətirməyə hazırlaşır.“Aksiya”nın məqsədinin Laçın postunun açılmasına nail olmaq olduğu haqda məlumatlar var. Lakin Ermənistan mediasında məqsədin başqa olduğunu və ya bu “aksiya”nın baş tutmayacağına dair fikirlər irəli sürülür.

Teqlər: