Xankəndidə Zəfər paradı hazırlığı

Xankəndidə Zəfər paradı hazırlığı

Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini – Zəfər Gününü Xankəndidə qeyd edəcək.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələr məlumat yayıb.

Məlumata görə, paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər Gününün azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi parad keçirmişdi.

Teqlər: