Bir neçə saatdan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə sözügedən ərazidəki erməni separatçı dəstəsi məlumat yayıb.
Bildirilib ki. dünəndən bərpa edilən qaz nəqli bu gün günorta saatlarında dayandırılıb. Şəbəkəyə yığılan qaz isə yanacaqdoldurma məntəqələrinə ötürülür. Bir neçə saatdan sonra bu qaz da bitəcək.
Qeyd edək ki, Ermənistandan Qarabağa qanunsuz ötürülən qaz nəqli ötən gün bərpa edilmişdi.