Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçı-terrorçu ünsürlər arasında qarşıdurma getdikcə güclənir.
AzerTimes xəbər verir ki, illərdir oynaıllan çirkin oyunun başa çatdığını anlayan və ümidsizlyə düçar olan separatçılar bir-birini ittiham etməyə girişiblər. Artıq özlərini “siyasi elita” sayan separatçı rəhbərləri arasında parçalanma açıq müstəviyə keçib və getdikcə dərinləşir.
Separatçıların “təhlükəsizlik şurası” adlandırdıqları qanunsuz qurumun “keçmiş katibi”, “Qarabağ qəhrəmanı” Arşavir Qaramyan isə bu gərginliyin silahlı insidentə çevrilə biləcəyi xəbərdarlığını edib.
“Cəmi bir gün əvvəl xəbərdarlıq etmişdim ki, Qarabağ xaos astanasındadır. Artıq idarəolunmaz xaos hər an başlaya bilər ki, bu da gözlənilməz iğtişaşlara, qruplar arasında qanlı toqquşmalara səbəb ola bilər”, – o yazıb.