Xankəndidə səsvermə başladı: Müşahidəçilər prosesi izləyir

Xankəndidə səsvermə başladı: Müşahidəçilər prosesi izləyir

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.

AzerTimes xəbər verir ki, səhər saat 8:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyir.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Teqlər: