Xankəndidə sabaha olan hava proqnozu

Xankəndidə sabaha olan hava proqnozu

Xankəndi şəhərində gecə 4-2, gündüz isə 0 dərəcə şaxta olacaq. Hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata əsasən, gün ərzində şərq küləyi əsəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində gün boyu arabir duman olacağı, şərq küləyi əsəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir .

Şuşada gecə 8-6, gündüz 4-2 dərəcə, Laçında gecə 6-4, gündüz 3-1 dərəcə, Xocalıda gecə 6-4 dərəcə, gündüz 2-0, Xocavənddə gecə 6-3, gündüz 2-0 dərəcə, Kəlbəcərdə gecə 9-6, gündüz 4-2 dərəcə şaxta, Ağdamda isə gecə 3-1 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Teqlər: