Bütün hisslərim yanacaq məntəqəsindəki partlayış qurbanlarının yanındadır.
AzerTimes xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna X hesabında yazıb.
“Fransa təcili yardım göndərməyə hazırdır. Azərbaycan humanitar yardıma dərhal çıxışı təmin etməlidir”, – Kolonna bildirib.
Qeyd edək ki, dünən Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb. Hazırkı məlumata görə, 290 nəfər yaralanıb, 20 nəfər ölüb, itkinlərin olduğu bildirilir.