Ötən gün Xankəndidə guya döyüldüyü, işgəncə gördüyü iddiası yayılan Muşeq Qriqoryan adlı erməninin video-müraciəti tirajlanıb. Muşeq döyülmədiyi, əslində, kef-damaqda yaşadığını soydaşlarına nümayiş etdirib.
Olsun – bu, erməni yalanlarını ifşa etmək, beynəlxalq arenada ölkəmizə qarşı qarayaxma kampaniyalarına qarşı addımdır. Kim edibsə, düz edib!
Ancaq maraqlıdır: Bu müraciət niyə məhz erməni büst-heykəlinin qarşısındadır?
Xankəndidə erməni dilində adı yazılmış bu heykəl guya İkinci Dünya müharibəsində qəhrəmanlıq edən erməni pilota aiddir. Ancaq büstə diqqətlə baxın – o büstü hazırlayanlar qəsdən, düşünərək heykəli Njdenin formasına yonublar.
Bu, erməni ideoloji düşüncəsinin ötürdüyü subliminal mesajdır – hətta “Sovet qəhrəmanı”na baxanda da erməni uşaqlarda “xarismatik Njde obrazı” canlanır.
Bu, eyni zamanda bütün erməni “qəhrəmanların” faşist və azərbaycanlıların amansızcasına qətlə yetirən Njdeyə bənzədiyi assosiasiyasını doğurmaq üçün düşünülüb.
Azərbaycan unitar dövlətdir, niyə şəhərlərimizin birində erməni dilində bir abidə saxlanılmalıdır və bu, hansı məntiqlə edilib?
Digər tərəfdən, Xankəndidə yermi qəhətdir ki, erməni sakin soydaşlarına müraciəti məhz erməni dilində olan heykəlin önündən edir?
Bununla kimə, nəyi sübut etmək istəyirik? Erməni abidələrini qoruduğumuzu kimə göstəririk? Kimin xoşuna gəlmək üçün?
Azərbaycan Qarabağ məsələsinin daxili işi olduğunu bütün platformalarda qəbul etdirib, bu münaqişəni Prezident Əliyev 2020-ci il 10 noyabrında arxivə verdiyini elan etmişdi, 20 sentyabr 2023-cü ildə isə de-fakto da bu prosesin sonuna Soçidəki məşhur NİDA-nı gətirib qoydu!
Məsələ bağlanıb: Azərbaycan dili bu ölkədə dövlət dilidir, illah ki, bu heykəli saxlamaqla kiməsə özünü göstərmək düşüncəsi kimdəsə varsa, zəhmət çəkib, o yazını silsin – o heykəlin Njde kimi başı çalmalı lənətini “görməsə” belə…