Xankəndidə küçə adlarının dəyişməsi xoşbəxtlikdir

Xankəndidə küçə adlarının dəyişməsi xoşbəxtlikdir

Xankəndidə küçə və prospekt adlarının dəyişməsi şəhərin azərbaycanlaşmasının getdiyini göstərir. Lakin konkret olaraq hansı adların verilməsi məsələsində bizim fikrimiz önəm kəsb etmədiyi üçün ad çəkməyi mənasız hesab edirəm. Yəqin ki, müəyyən məsləhətləşmələr aparıb əraziyə adlar verəcəklər.

Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, şəhər küçələrinə Əhməd Ağaoğlu, Nuru Paşa kimi şəxsiyyətlərin, həmçinin, Şuşada ilk paradı keçirən Albay Cahid bəyin adının verilməsi daha yaxşı olardı:

“Hesab edirəm ki, adına indiyə qədər küçə adı verilməyən şəxsiyyətləri və şəhidlərin adlarının əbədiləşməsi daha münasibdir. Bütün hallarda əsas olan adların dəyişməsidir, bu, erməni və işğalçı adlarından Xankəndinin qurtuluşu deməkdir”.

Qeyd edək ki, Xankəndi şəhərində küçə və prospekt adları “Quql Məps”də yenilənib. Belə ki, xəritədə Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva, Polad Həşimov, 20 Yanvar, Maksim Qorki, Pənahəli Xan, Həzi Aslanov, Hüseyn Cavid, Əliyar Əliyev, Təbriz, Mirzə Ələkbər Sabir, Əlif Hacıyev, Əzizə Cəfərzadə, Mübariz İbrahimov, Taras Şevçenko, Puşkin, Gəray Əsədov, Cabbar Qaryağdı, Adil İsgəndərov, Tofiq İsmayılov, Ənvər Paşa və başqa görkəmli şəxslərin adına küçə olacağı qeyd olunub.

Teqlər: