Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.
Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.