Ermənistan mətbuatında Qarabağda qalan ermənilərə işgəncələr verildiyi, guya azərbaycanlılar tərəfindən təzyiqə məruz qaldığına dair absurd məlumatlar yayılıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistana köçməkdən imtina edərək Xankəndidə yaşayan Muşeq Qriqoryan adlı erməni əsilli Azərbaycan vətəndaşı bu məlumatların yalan olduğunu vurğulayıb.
M.Qriqoryan Xankəndidən video paylaşaraq işgəncə söhbətlərinin əsassız olduğunu bildirib.