Xankəndidə daşınmaz əmlaklar qiymətləndiriləcək

Xankəndidə daşınmaz əmlaklar qiymətləndiriləcək

Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.

Teqlər: