Fevralın 22-də Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 43 patron darağı, 2297 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.