Xankəndidə silah-sursat aşkar edilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.