Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4 060 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.