Azərbaycanın Xankəndi şəhərində keçmiş qondarma rejimin “döyüşçü-xilaskarlar” adlandırdığı bina tamamilə sökülüb.
AzerTimes xəbər verir ki, bu barədə erməni Teleqram kanallarında məlumat yayılıb.
Tikili qondarma “parlament”in binasının yanında yerləşirdi.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə keçmiş və özünü buraxmış qondarma rejimin “parlament” binasının sökülməsi ilə bağlı görüntülər yayılıb.