Xankəndidə “böhran”: Araik sabah “vəzifədən” gedir

Xankəndidə “böhran”: Araik sabah “vəzifədən” gedir

Xankəndidə separatçıbaşı Araik Arutyunyanın “tş iclası” adı ilə keçirdiyi və 6 saat davam edən müzakirələrdən sonra erməni sakinlərə “istefası”nın müzakirə edildiyini bildirib.

AzerTimes xəbər verir ki, o, heç bir qərar verilmədiyini, sabah “istefasının” daha dar çərçivədə bir daha müzakirə ediləcəyini açıqlayıb.

Bəzi mənbələrə görə isə Araik Arutyunyan “istefa” verəcəyi təqdirdə keçmiş “xarici işlər naziri” Masis Mailyanın onun yerinə keçməsi üçün çalışacaq.

“Hraparak” Samvel Babayanın da “dövlət naziri” vəzifəsini alacağını yazıb.

Xəbərdə Araik Arutyunyanın ona, qardaşına və yaxın qohumlarına məxsus biznesini Qarabağdan çıxarmağa çalışdığı qeyd olunub.

Teqlər: