Qarabağda separatçıların yalanları elə özlərinin səfehliyi sayəsində ifşa olunur.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, ifşa olunan növbəti təxribatçı erməni jurnalist Marut Vanyandır.
O, sosial şəbəkə hesabında paylaşım edərək, Xankəndidə aptekdə rəflərin boş olduğunu iddia edib.
Ancaq fotoya qaranlıq çalar əlavə etdikdə və yansıma əldə olunduqda həqiqət ortaya çıxıb. Belə ki, güzgünün yansımasında dolu rəflər gözə çarpıb. Məlum olur ki, ermənilər mağaza və apteklərdə bir rəfi qəsdən boşaldaraq, ordan görüntü çəkib paylaşmaqla təbliğat aparırlar.