Xankəndi şəhərində yerli və beynəlxalq idman yarışlarının keçirilməsi üçün müvafiq federasiyalarla danışıqlar aparılır.
AzerTimes xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türkan qəsəbəsində yerləşən idman kompleksinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Qarabağ bölgəsində müxtəlif idman yarışları keçirilib. Hətta Xankəndidən Bakı şəhərinə marafon təşkil olunacaq. Əlbəttə ki, bu cür tədbirlərin davamı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.