Xankəndidə “Azərbaycana inteqrasiya” müzakirəsi başladı

Xankəndidə “Azərbaycana inteqrasiya” müzakirəsi başladı

Separatçı rejimin “hakim dairələri” Ermənistan hakimiyyətinin qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanı bilərəkdən Xankəndiyə göndərdiyi haqqında müzakirələr aparır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

İddiaya görə, Babayanın qarşısına qoyulan əsas missiya Qarabağda Azərbaycana inteqrasiya kampaniyasını aparmaq, buradakı erməniləri azərbaycanlılarla birgəyaşayışda heç bir problemin olmamasına inandırmaqdır:

“Artıq bir neçə həftədir Babayan Qarabağa gəlib və fərqli dairələrlə aktiv görüşlər keçirir. Srağagün o, Xankəndidə 11 nömrəli məktəbin kollektivi ilə də görüş keçirib. Bütün görüşlərdə inteqrasiyanın qaçılmaz olduğunu bildirib”.

“Hraparak” həmçinin Babayanın bu günlərdə verdiyi müsahibədən bir hissəyə də yer ayırıb. Bu müsahibədə onun Qarabağdakı yataqları Bakının işlətməsinə qarşı olmadığını dediyi qeyd edilib.

Teqlər: