Xankəndidə Azərbaycana görə dava: separatçını bıçaqladılar

Xankəndidə Azərbaycana görə dava: separatçını bıçaqladılar

Xankəndidə ermənilər arasında dava olub.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan aprelin 16-da Xankəndidəki “Nadejda” restoranında ermənilərlə görüş keçirib.

“Hraparak” nəşri yazır ki, görüş xoşagəlməz sonluqla başa çatıb.

Görüşdə mübahisə düşüb, əvvəlcə söz davası başlayıb, daha sonra əlbəyaxa davaya çevrilib. Babayanın qondarma partiyasının üzvlərindən biri separatçıların qondarma “parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri” kimi təqdim olunan Seyran Ayrapetyanı bıçaqlayıb.

Davanın təfərrüatları tam açıqlanmasa da, erməni mənbələr görüşdə Samvel Babayanın qondarma rejimin “rəhbərliyinə” gəlməsi ətrafında müzakirələrin getdiyini yazır. S.Babayan qondarma rejimin hazırkı “rəhbərliyindən” fərqli olaraq, Bakı ilə reinteqrasiya prosesinin müzakirəsinin mümkünlüyü mövqeyindən çıxış edir. Onun Xankəndinə gələrək, “siyasi proseslərə” qatılmasının Ermənistan hakimiyyətinin planı olduğu haqda da məlumatlar var.

Məlumatlara görə, görüşdə davanın əsas səbəbi də Azərbaycanla bağlı olub. Bildirilib ki, separatçı rejimin hazırkı mövqeyi erməni əhalisinin ziyanınadır. Bundan sonra mübahisə düşüb. Əlbəyaxa davaya çevrilən hadisə zamanı görüş iştirakçılarından biri Seyran Ayrapetyanı bıçaqlayıb.

Teqlər: