Xankəndidəki terrorçu rejim bir sosial şəbəkə paylaşımına görə təşvişə düşüb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən paylaşımda Xankəndidəki mağazalarda Azərbaycan məhsulu satıldığı iddia edilib.
Separatçıların apardıqları “araşdırma” zamanı paylaşımı edənin 1978-ci il təvəllüdlü Xankəndi sakini olduğu müəyyən edilib və o, həbs edilib.
Separatçı rejim Xankəndidə Azərbaycan məhsulu olmadığını iddia edib.