Xankəndi yolundakı aksiyaya təxribat hazırlanır

Xankəndi yolundakı aksiyaya təxribat hazırlanır

Sülhməramlılar Xankəndi yolunda keçirilən aksiya ərazisinə səsgücləndiricilər gətirib. Artıq dörd gündür davam edən aksiyaya müdaxilə edə bilmirlər, istənilən müdaxilə də hadisələrin ruslar üçün arzuolunmaz məcrada inkişafına gətirib çıxara bilər.

O zaman sual yaranır: səsgücləndiricilər nəyə lazımdır?

Birincisi, çağırışların edilməsi daha çox “nəsə” etməyə, “fəaliyyət” nümayiş etdirməyə hesablana bilər: ermənilər sülhməramlılardan “hərəkətə keçməyi” tələb edir və fəaliyyətsiz dayanmaq rusların “təhlükəsizliyin təminatçısı” imicina uyğun gəlmir; Ermənistanın Qarabağa “beynəlxalq missiyanın” gətirilməsi məsələsini gündəmə gətirməsi fonunda da ruslar öz mövcudluqlarını nümayiş etdirməlidirlər;

İkincisi və əsas gözlənti aksiyaya qarşı təxribatın planlaşdırıldığıdır:

Rusların müdaxilə etməməsi həm də “əsas”ın olmamasından qaynaqlanır. Belə bir “əsas” ermənilərin aksiyaya müdaxilə etməsi və qarşıdurmanın baş verməsi zamanı yarana bilər. Və sülhməramlılar “azərbaycanlıların aksiyasına yox, azərbaycanlılarla ermənilərin etnik toqquşmasına müdaxilə edəcəklər”.

Qarabağdakı separatçı-terrorçu rejim tərəfindən aksiyaya qarşı təxribat törədəcək qrupların hazırlandığına dair məlumatlar var. Onlar sülhməramlıların müdaxilə etməsini gözləyir, bu baş verməsə, təxribatçı qruplarla aksiya ərazisinə gəlməyi planlaşdırırlar və şübhə yoxdur ki, bu planı hazırlayan da elə Volkovun özüdür.

Səsgücləndiricilərin gətirilməsi böyük ehtimalla bu təxribata hazırlığın bir hissəsidir.

Teqlər: