Xankəndi yolunda “xəz paltolu qadın” niyə gözə girir?

Xankəndi yolunda “xəz paltolu qadın” niyə gözə girir?

Xankəndi yolunda keçirilən aksiya ilə bağlı “xəz paltolu qadın” müzakirə mövzusuna çevrilib. Ki, etirazçılar ekoloqdursa, niyə “heyvan dərisindən kürk geyinib”. Və bununla etirazçıların ekoloq olmadığını göstərməklə yanaşı, diqqəti aksiyanın hədəfindən yayındırmaq, paralel olaraq, “heyvan haqları”nı da ön cərgəyə çıxarmaq istəyirlər. Eyni motiv, eyni foto, eyni iddia və sanki sinxron təbliğat erməni mediasında da (“hayeli”, hraparak və digərlərində) tirajlanır.

Hərçənd, aksiyaya qarşı bu iddiaların məntiqi əsası yoxdur:

Birincisi, ekoloqların başladığı aksiya həm iştirakçı, həm də tələblər baxımından artıq müxtəlifləşib;

İkincisi, aksiyanın məqsədi, məramı “heyvan haqlarının müdafiəsi” deyil: bu olsaydı o zaman iştirakçının niyə kürk geyinməsini müzakirə etmək olardı;

Üçüncüsü, müzakirələrin ümumi məğzi “ekoloqlar heyvan haqlarına hörmət etməlidir” formasındadır: o zaman, bütün ekoloqlar vegetarian olmalıdır, yaxud bu peşə sahibləri “kürk” geyinməməlidir?!

Diqqəti “xəz platolu qadın”ın üzərinə fokuslamaq ermənilərin maraqğına uyğundur, amma azərbaycanlıların – içimizdə olanların bu kampaniyanın dayağına çevrilməsini qəbul etmək, yaxud fikir verməmək çətindir. Çünki Xankəndi yolunda milli maraqlar uğrunda mübarizə gedir və kürk geyinmiş o xanım Azərbaycan üçün “xəz paltolu madonna” olmalıdır, bunun əksi erməni təbliğatına züy tutmaqdan başqa bir şey deyil…

Teqlər: