Xankəndi yolunda aksiyaçılar hər kəsi ekologiyanı qorumağa çağırdı

Xankəndi yolunda aksiyaçılar hər kəsi ekologiyanı qorumağa çağırdı

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.

AzerTimes Report-a istinadən xəbər verir ki, gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunan fasiləsiz dinc aksiya iştirakçıları hər kəsi ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Teqlər: