Xankəndi separatçıları aradan çıxır: “spiker” də “istefa” verdi

Xankəndi separatçıları aradan çıxır: “spiker” də “istefa” verdi

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçı-terrorçu dəstəsinin “parlament sədri” Artur Tovmasyan “istefa” verəcək.

AzerTimes xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Tovmasyan bildirib ki, istefasını sabah elan edəcək:

“Öz şəxsi qərarımla siyasi məsuliyyəti üzərimə götürərək, “artsaxın milli məclisinin sədri” vəzifəsindən istefa verirəm. Son nəfəsimə qədər Ermənistana və Qarabağa xidmət edəcəm”.

Qeyd edək ki, istefa verməsinin “hansı siyasi məsuliyyətini” doğurduğu barıdı Tovmasyan heç nə yazmayıb.

Teqlər: