Xankəndi məhkəməsinə hakim təyin olundu

Xankəndi məhkəməsinə hakim təyin olundu

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

AzerTimes xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Təyinata qədər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Teqlər: