Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, idmançı 48 kq çəki dərəcəsində birinci yeri tutub.
Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.