Xanım baş nazir narkotik testindən keçdi

Xanım baş nazir narkotik testindən keçdi

Finlandiya Baş naziri Sanna Marin narkotik testindən keçib.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın ictimai televiziyası YLE bildirib.

Məsələ ilə bağlı danışan xanım baş nazir yeniyetmə olarkən də heç bir narkotik qəbul etmədiyini qeyd edib:

“Son günlər cəmiyyətdə narkotikdən istifadə etdiyim barədə ittihamlar səslənir. Mən bu ittihamları çox ciddi və ağır hesab edirəm. Öz hüquqi müdafiəm üçün narkotik testindən keçmək tələbini əsassız hesab etsəm də, bu cür şübhələri aradan qaldırmaq üçün narkotik testindən keçdim”.

Finlandiyanın 36 yaşlı lideri siyasi rəqiblərinin tənqidinə səbəb olan şəxsi videolarının mediada yer almasından qəzəbləndiyini qeyd etməklə yanaşı, yaxşı əyləndiyini də etiraf edib.

“Bu videolar özəldir və şəxsi məkanda lentə alınıb. Onların ictimaiyyətə yayılmasından qəzəblənirəm”.

Qeyd edək ki, Sanna Marinin əyləncələrini əks etdirən görüntülər az öncə mediada tirajlanıb.

Teqlər: