Xandanyan: İrəvanın KTMT-də iştirakını dondurması…

Xandanyan: İrəvanın KTMT-də iştirakını dondurması…

Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanat hüquqi deyil, siyasi qiymətdir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.

Xandanyan bildirib ki, Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur və İrəvan bir ildən artıqdır ki, Təşkilatın işində iştirak etmir:

“KTMT-nin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı dəfələrlə mövqelərimizi səsləndirmişik. Bu, vəziyyətin konkret ifadəsidir. Bundan sonrakı proseslərin davam edib-etməyəcəyini zaman göstərəcək”.

Qeyd edək ki, Paşinyan Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştiraklarını dondurduqlarını bildirib.

Teqlər: