Xalq artisti Zülfiyyə Xanbabayeva Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
AzerTimes xəbər verir ki, bu barədə o öz İnstaqram səhifəsində paylaşım edib.
“Qəhrəman şəhidlərimiz vətənimizə fəda, bizə isə əziz dost olublar. Özlərindən sonra dərdlə yoldaş olan analarını isə xalqa əmanət etdilər… Mən sizinlə bir vətənin övladı olduğum üçün qürur duyuram, əziz şəhid anaları!” – ifaçı bildirib.
Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da xalq artistinin çıxışı ilə bağlı fikirlərini bölüşüb:
“Əmanətlərimizin ailələrilə doğmalaşan sənətkarlarımız öz ailələrini də bu birliyimizə qatırlar. Onlardan biri də xalq artisti Zülfiyyə Xanbabayevadır. Layihələrimizin ilk günündən ailəsi ilə şəhid yaxınlarını təsəlli etmək, səsi ilə ruhlarını oxşamaq üçün yanımızda olub. Şəhidlərimiz analarıyla xüsusilə dost idilər. İlk sevgilərini analarına söyləmişdilər. Necə bir igid, neçə qəhrəman dünyaya gətirib, fədakarlıqla xalqına, dövlətinə xidmətə göndərdi analar… Ən yaxın dostlarını bizə də əziz dost etdi analar”, – deyə C.Qurbanov sosial şəbəkə hesabında yazıb.