İsrail ordusu Qəzzada 10 min insanın yaşadığı təlim mərkəzini vurub.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin direktoru Tomas Uayt məlumat verib.
“Qəzzada Xan Yunisdə döyüşlər güclənir. 10 min köçkünün yerləşdiyi təlim mərkəzi indicə vurulub. Binalar yanır və kütləvi insan tələfatı var, iki gündür mərkəzə təhlükəsiz giriş-çıxış bağlanıb, insanlar tələyə düşüb”, – T.Uayt qeyd edib.