İran İslam Respublikasının dini lideri ayətullah Əli Xameneinin nəvəsinin Nyu Yorka səfəri zamanı geyimi sosial şəbəkələrdə ciddi müzakirə yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev video paylaşıb.
İranı şəriət qaydaları ilə idarə edən, baş örtüsünə görə qadınları nəzarətdə saxlayan, yüzlərlə iş yerini “hicab qaydalarını pozduğu üçün” bağlayan, başını açan qadınları dəhşətli işgəncələrə məruz qoyduran bir dini liderin nəvəsinin olduqca açıq-saçıq geyinməsi tənqid edilib.
Xameneinin əslində dindən alət kimi istifadə etdiyi bu videodan da aydın görünür.