Fevralın 17-də Qum şəhərində həbs edilən müxalif azərbaycanlı din xadimi Məhəmmədtağı Əkbərnejadın təcridcanaya köçürülmə videosu yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşım edilib.
Əkbərnejadın təcridxanaya aparıldığı zaman Əli Xameneinin tərəfdarları aksiya keçirib, təbrizli mollaya qarşı şüarlar səsləndiriblər.
Onlar Məhəmmədtağı Əkbərnejadın molla paltarının soyundurulmasını istəyiblər.
Qeyd edək ki, azərbaycanlı molla inqilabdan 45 il keçməsinə baxmayaraq, Əli Xamenei və komandasının fəaliyyətinin səmərəsiz olduğunu dedikdən sonra həbs edilib.